skip to Main Content

Saytda verilən cavablar yalnızca məsləhət, istiqamətləndirici xarakteri daşıyır. Pasiyenti görmədən düzgün diaqnoz və müalicə planı söyləmək mümkün deyildir. 


Əgər Email ünvanınızı qeyd etsəniz, sualınızın cavablandırıldığına dair bildiriş alacaqsınız.
  • Ad qeyd olunmayıb 19 Aprel 2017
    10 ildən çoxdur qəbizlikdən əziyyət çəkirəm, təbii çaylarda istifadə edərək ayaqyoluna gedirəm. Nə məsləhət görə bilərsiniz?

    Belə kor təbii şəkildə xüsusi çaylardan istifadə etmək düzgün deyil. Qəbizliyi yaradan səbəbi aşkar etmək lazımdır. Yanaşı gedən xəstəliklər aydınlaşdırılmalı və ya bağırsaqda uzanma və ya genişlənmələr inkar edilməlidir.
  • Ad qeyd olunmayıb 17 Aprel 2017
    Salam doktor, məndə divertikulit problemi var, müalicə etmək olarmı?

    Bəli, müalicəsi vardır. İlk öncə Kontranstlı Kompyuter tomoqrafiya ilə diaqnoz qoyuruq, bundan sonra mümkün olarsa, konservativ şəkildə müalicə aparırıq. Lakin çoxsaylı divertikulitlər zamanı operativ tədbirlər də görülə bilər.
  • Günay 12 Aprel 2017
    Şənbə günləri əməliyyat olurmu?

    Xeyr, şənbə günləri yalnızca sarğı günləridir.
ƏN ÇOX SORUŞULAN SUALLAR

Pasiyentlərin ən çox soruşduğu sualları sizin üçün bir arada aşağıda təqdim edirik. Əgər sizi başqa bir sual maraqlandırırsa, kənarda qeyd olunan formdan sualınızı verə bilərsiniz.

İlkin mərhələlərdə konservativ müalicə mümkündür. Sonrakı mərhələlərdə isə həmişə vurğuladığımız İnfrared Koaqulyasiyon Lazer və Rezin həlqə üsulları ilə Babasil xəstəliyinin müalicəsi tam ağrısız və qansız şəkildə qısa müddətli bir əməliyyatla da etmək mümkündür.

Əlbəttə, polip varsa onun götürməyinin tərəfdarıyıq. Xoşxassəli poliplər belə gələcəkdə müəyyən narahtalıqlar törədə bilər.

Back To Top