Anal çat

Anal çat nədir?

Anal çat nədir? Anal kanalın çatı proktoloji xəstəliklər arasında ən çox təsadüf olunan patologiyalardandır. Əsasən orta yaşlı şəxslər bu xəstəlikdən əziyyət çəkir. Qadınlarda daha çox rast gəlinir. Xəstəliyin səbəbi müxtəlif ola bilər. Daimi qəbizlik, hamiləlik zamanı, təbii doğumlardan sonra, babasil və proktit anal kanalın çatının əmələ gəlməsinə səbəb ola bilər. Lakin çat xroniki ishallar nəticəsində də yarana bilər. Təkrarlanan ishalın nəticəsində düz bağırsağın selikli qişası ödemləşir və iltihablaşir ki, bu da çatların əmələ gəlməsinə gətirib çıxarır. Bağırsaq çatları anal dəliyin selikli qişasının yarıqlarıdır. Bu yarığın uzunluğu 1,5-2 sm ola bilər. Bir çox hallarda çat daxili babasillə birlikdə meydana çıxır.

Anal çatın əsas simptomu ağrıdır.

Ağrılar defekasiya zamanı güclənir, babasil zamanı olan ağrılara bənzəyir, lakin daha güclü, kəskin və uzun müddətli olurlar. Digər simptom – qanaxmalardır. Babasil xəstəliyi ilə müqayisədə qanaxma daha az olur. Yeni yaranmış çatlar xroniki çatlara nisbətən daha ağrılı olur. Ağrılar sidik  kisəsinə, uşaqlığa. aralığa və belə yayıla bilər. Ağrı bu nahiyyələrə yayılaraq qadınlarda adət pozğunluqlarına səbəb olur. Xroniki çat anusun xorasının dibində histoloji olaraq sinir sonluqlarının açıq ucları müəyyən olunur, yəni ağrılı “anal nevrit” yaranır. Sfinkterin daimi reflektor spazmı şəraitində onun konservativ müalicəsi mümkün deyil.

Anal çat zamanı müalicə tədbriləri

Kəskin anal çatın müalicəsini konservativ tədbirlərdən başlamaq lazımdır. Standart ambulator terapiya qoruyucu pəhriz, defekasiyalardan sonra isti oturaq vannalar, qəbizliyin profilaktikası, şam və mazlarla yerli müalicədən ibarətdir. Ən azı 2 həftə ərzində qısa anamnezi olan xəstələrdə və əsasən də doğuşdan sonrakı anal çatları olan qadınlarda aparılmış bu müalicə kifayət qədər effektivdir.

Uşaqlarda anal çatı yaradan səbəblər

Uşaqlarda çatlar bir çox hallarda helmintozun (qurdlar) nəticəsində əmələ gəlir. Bağırsaqlarda qurdların olması ödemə və iltihaba səbəb olur. Qurdların yumurtaları kəskin qaşınmaya səbəb olur və uşaq anal dəliyin sahəsini tez-tez qaşıyır. Bu isə selikli qişanın zədələnməsinə səbəb olur. Əlamətləri: Göynəmə, yandırma, damcı formasında qan, qaşınma, kəskin ağrılar və s.

Anal kanalın çatının həm konservativ yəni dərman müalicəsi, həm də cərrahi yolla mümkündür. Nitroqliserinli məlhəmlər, Botoks, Lazer üsulu ilə çatın ləğvi, Qapalı liss üsulu, Diatasiya üsulları ilə çatı ləğv etmək mümkündür.

Xəstəliklə bağlı sizi maraqlandıran sualları Sual-cavab bölməsindən və ya saytda qeyd olunan nömrələrdən Dr. Türkan Gündüzə ünvanlaya bilərsiniz.